Türkiyə millisi futbol üzrə "Avro-2016"nın seçmə mərhələsinin "Ən yaxşı üçüncü komandası" kimi final mərhələsinə vəsiqə qazanıb.
Turnirin seçmə mərhələsinin sonuncu turu çərçivəsində Türkiyə millisi Konya Böyükşehir Belediyyesi stadionunda İslandiya yığmasını qonaq edib.
Görüşün ilk hissəsində hesab açılmasa da, görüşün davamında Türkiyə millisi azlıqda qalıb. Belə ki, oyunun 78-ci dəqiqəsində hakim Gökhan Töreye qırmızı vərəqə göstərərək onu meydandan kənarlaşdırıb. Buna baxmayaraq matçın 89-cu dəqiqəsində Selçuk İnanın vurduğu qol Türkiyə millisinin minimal hesablı qələbəsini rəsmiləşdirib – 1:0.
Türkiyə millisinin yer aldığı "A" qrupunda Çexiya səfərdə Hollandiyanı 3:2, Qazaxıstan futbolçuları isə Latviya kollektivini 1:0 hesabı ilə məğlub ediblər. Çexiya (22 xal) və İslandiya (20 xal) turnirin final mərhələsinə adlayıb.
"B" qrupunun görüşlərində isə Belçika millisi İsrailə 3:1, Uels kollektivi Andorraya 2:0, Bosniya və Herseqovina yığması isə Kiprə 3:2 hesabı ilə qalib gəlib. Hesabında 23 xal olan Belçika və 21 xalla Uels millisi turnirin final mərhələsinə adlayıb. Bosniya və Herseqovina yığması isə pley-off mərhələsində qüvvəsini sınayacaq.\qol.az