Türkiyə 40 ədəd "F-16" qırıcı təyyarəsi almaq istəyir.
Aktual.az "HaberGlobal”a istinadən xəbər verir ki, rəsmi Ankara bununla bağlı artıq ABŞ-a müraciət edib. Türkiyə həmçinin hərbi arsenalındakı 80 ədəd "F-16"nı modernləşdirmək niyyətindədir.
Sifarişin dəyərinin milyardlarla dollar olduğu təxmin edilir. Satışın gerçəkləşməsi üçün ABŞ Dövlət Depatamenti və Konqresin təsdiqi olmalıdır.
Xəbər 4358 dəfə oxunub.