Türkiyə 2 min km mənzilli raket istehsal edib.
Aktual.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin toplantısındakı çıxışında deyib.
Ərdoğan Polad Gümbəz layihəsinin davam etdiyini və "Siper Ürün-1” sisteminin silahlanmaya daxil edildiyini bildirib:
"Həm 800 km mənzilli raket ehtiyatımızı gücləndirməyi, həm də 2 min km məzilli raket proqramımızı sürətləndirməyə qərar verdik”.
Qeyd edək ki, Türkiyənin indiyə qədər ən uzun mənzilli raketi "Tayfun”un mənzili 561 km idi.
Xəbər 129 dəfə oxunub.