Türkdilli ölkələrin ortaq televiziyasının adı BELƏ olacaq

Türkdilli ölkələrin ortaq televiziyasının adı BELƏ olacaq

“Türkdilli ölkələrin ortaq televiziyasının adı “İnternational turkish news channel” olacaq. Telekanal 6 dildə yayımlanacaq”.  
 
 
Bunu Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının (Türk Şura) baş katibi Ramil Həsənov deyib.
“Ortaq televiziyanın yaradılması ilə bağlı siyasi qərar var. Neftin qiymətinin düşməsindən sonra Qazaxıstan tərəfi prosesi bir müddət dondurmağı xahiş etdi. Televiziyanın harada yerləşəcəyi ilə bağlı məsələsi hələ tam həllini tapmayıb. Bu, Azərbaycan, Türkiyə, Qazaxıstan da ola bilər", - deyə o vurğulayıb. (APA)
Xəbər 822 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR