Türkdilli ölkələrin dövlət başçılarının 5-ci toplantısı 11 sentyabr tarixində Astanada keçiriləcək.
Aktual.az APA-ya istinadən xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat yer alıb.
Tədbirdə Azərbaycan, Qırğızıstan, Qazaxıstan və Türkiyə dövlət başçılarının iştirakı gözlənilir. Ondan bir gün əvvəl isə Astanada Türkdilli Ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək.