"Transanadolu qaz kəmərinin (TANAP) tikinti layihəsinin reallaşdırılması digər enerji layihələrin icrasına əhəmiyyətli təkan verdi".
Aktual.az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Berat Albayrak "Cənub Qaz Dəhlizi"nin Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısında deyib.
Onun sözlərinə görə, TANAP layihəsinin reallaşdırılması sürətləndirilib: "Türkiyə əvvəlki kimi TANAP layihəsinin həyata keçirilməsinə hər cür siyasi və iqtisadi dəstək verəcək".