Aktual.az Vətəninfo.az-a istinadən xəbər verir ki, bu gün Türkiyə Respublikasının Mədəniyyət Turizim nazirliyində Türkiyə Respublikasının müvəqqəti hökumətin Mədəniyyət və Turizim naziri Yalçın Topçu Azərbaycanın və türk dünyasının qəhraman oğlu Ubad Hüseynovla görüşüb.
Görüşdə nazir Yalçın Topçu İbad hüseynovun Qarabağ müharibəsində göstərmiş olduğu qəhramanlıqlar haqqında, geniş məlumata malik olduğunu qeyd edib. Nazir eyni zamanda bu gün qardaş Azərbaycan dövətinin rəhbərliyində olan liderlər kimi, Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanın,baş nazir Əhməd Davudoğlunun da ona sayğı və hörmətinin sonsuz olduğunu çatdırıb.
"Türkiyə Respublikası rəhbərliyi və türk xal İbad Hüsrunovun göstərmiş olduğu qəhramanlıqları əsas tutaraq ona Türkiyə Respublikasının vətəndaşlığını vermək istəyir”.
Görüşdə İbad Hüseynov nazir Yalçın Topçuya ona göstərmiş olduqları yüksək diqqətə və ehtirama görə öz təşəkkürün çatdırıb və bildirib ki, Azərbaycan türkü olaraq qardaş Türkiyə Respublikasının prezidenti vəTürkiyə Respublikasının baş naziri Əhməd Davudoğlundan özünə qarşı daima diqqət və qayğı göstərilib.
"Əgər Azərbaycan Respublikasının Konustitusiyasında ikili vətəndaşlıqla bağlı müəyyən imtiyazlar olsaydı məmuniyyətlə qardaş Türkiyə Respublikasının vətəndaşlığını qəbul edərdim. Mən doğulduğum canımla-qanımla bağlı olduğum Azərbaycanımı, Vətənimi çox sevirəm.Mən hər zaman demişəm,bu gün də deyirəm : "Müasir Azərbaycanımızın qurucusu və memarı,ulu öndərimiz Heydər Əliyevin əsgəri olmuşam.Bu gün də Azərbaycanımızın prezidenti,Ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısı,Ali Baş Komandanım İlham Əliyevin əsgəriyəm.Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı”.