Türk lirəsinin məzənnəsi yenidən tarixi minimuma enib

Türk lirəsinin məzənnəsi yenidən tarixi minimuma enib

Türkiyənin milli valyutası - lirənin məzənnəsi tarixi minimumunu yeniləyib.
Aktual.az xəbər verir ki, 1 ABŞ dolları üçün 30 lirə təşkil edib.
Daha əvvəl ölkənin maliyyə naziri Mehmet Şimşek bildirilib ki, Türkiyə rəsmiləri lirə/dollar məzənnəsi ilə bağlı hədəflər qoymayıb, məzənnə sərbəst buraxılıb.
Qeyd edilib ki, illik inflyasiya 2023-cü ilin noyabrda 61,98 %, dekabrında isə 64,77 % təşkil edib.
Bundan başqa, İnflyasiya Araşdırma Qrupunun (ENAG) məlumatına görə, 2023-cü ilin dekabrında illik inflyasiya 127,21 % təşkil edib.

Xəbər 671 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR