Türkiyənin qara bazarında milli valyuta lirə mayın 5-də səhər saatlarından başlayaraq kəskin ucuzlaşıb.
Aktual.az Azərtac-a istinadən xəbər verir ki, Bir ABŞ dolları ilə müqayisədə lirənin məzənnəsi təxminən 9-10 qəpik aşağı düşüb.
Qeyd edək ki, Türkiyə Mərkəzi Bankasının məzənnə ilə bağlı qərarı isə mayın 4-dəki ilə eynidir. Hazırda valyutadəyişmə məntəqələrində 1 ABŞ dolları 2.92 lirəyə alınır.