"Türk Hava Yolları" şirkəti 30-31 dekabr tarixlərinə 142 reysini ləğv edib.
Bu barədə Aktual.az Trend-ə istinadən məlumat verir.
Şirkətin yaydığı məlumatda deyilir ki, qərar hava şəraiti ilə əlaqədar qəbul edilib. Reyslər haqqında əlavə məlumat almaq üçün sərnişinlərə şirkətin veb saytından istifadə və ya məlumat xidmətinə müraciət etmək tövsiyə olunub.