Türk Dövlətləri Təşkilatının baş katibi Ermənistan silahlı qüvvələrinin Azərbaycan və Ermənistan dövlət sərhədi boyunca hərbi təxribatını pisləyir və baş verənlərlə bağlı ciddi narahatlığını ifadə edir.
Aktual.az xəbər verir ki, bu barədə təşkilatın yaydığı bəyanatda deyilir.
Qeyd olunub ki, TDT beynəlxalq hüququn prinsip və normalarına sadiqliyini bir daha təsdiqləyir, Cənubi Qafqazda davamlı sülh və sabitlik üçün Azərbaycan ilə Ermənistan arasında normallaşma və sülh prosesinin vacibliyini xatırladır.
"TDT-na üzv dövlətlər Azərbaycanın ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəklədiyini bir daha bəyan edir və Ermənistanı iki qonşu ölkə arasında əldə olun razılaşmalara əməl etməyə çağırır. Katiblik həlak olanların ailələrinə, qardaş Azərbaycan xalqına və hökumətinə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayır”,- deyə məlumatda qeyd olunub.
Xəbər 286 dəfə oxunub.