2015-ci ilin kimya üzrə Nobel mükafatına Türkiyədən Əziz Sancar, Birləşmiş Krallıqdan Tomas Lindahl və Pol Modriç layiq görülüb.
Bu barədə mükafatın saytında məlumat verilir.
Alimləri DNT-nin bərpası üzrə mexanizmlərin araşdırılmasında göstərdikləri nailiyyətlə əlaqədar təltif edəcəklər.
Ənənəyə görə, dekabrın 10-da Alfred Nobelin anım günündə Stokholmda mükafatın təntənəli təqdimetmə mərasimi baş tutacaq. Mükafatı laureatlara İsveç kralı XVI Qustav təqdim edəcək.