Məşhur türk aktyor Tolqa Karel azərbaycanlı model Günay Musayevadan boşanıb.
Aktual.az Axar.az-a istinadən xəbər verir ki, onların 4 illik evliliklərinin sona çatması üçün 8 dəqiqə kifayət edib. Məhkəmə onların 3
yaşında oğlu Cahangir Canın vəkalətini anasına verib. Aktyor Tolqa Karel jurnalistlərə açıqlamasında artıq sevmədiyi və sevə bilməyəcəyi bir qadınla evli qalmağın mənasız olduğunu deyib. Boşanma səbəblərini açıqlamaq
istəməyən Günay Musayeva isə məhkəmədən sonra verdiyi yazılı açıqlamasında Tolqanın heç vaxt oğlu ilə maraqlanmadığını, külli miqdarda təzminat istəməsi haqda çıxan xəbərlərin yalan olduğunu, cəmi 500 lirə təzminat
alacağını deyib.