Turistlərin ən çox pul xərclədiyi 10 şəhər - Siyahı

Turistlərin ən çox pul xərclədiyi 10 şəhər - Siyahı

Illik müqayisədə turistlər ancaq Londonda xərclərini azaldıblar

Turistlərin 2016-cı ilin yekununa görə ən çox pul xərclədikləri şəhərlər arasında Dubay lider olub.
"Report" "Vedomosti" qəzetinə istinadən xəbər verir ki, "Mastercard"ın 132 şəhər arasında apardığı təhlillər əsasında belə bir nəticə əldə edilib. 2016-cı ildə turistlər Dubayda 28,5 mlrd. ABŞ dolları xərcləyiblər və illik artım 10% təşkil edib.
İkinci sıranı 17 mlrd. dollarla Nyu-York tutub. İllik artım burada 1,5% təşkil edib. Üçüncü sırada illik 4,6% azalma ilə London yerləşib. Bu şəhərdə turistlər 16,09 mlrd dollar xərcləyiblər.
Dördüncü sıranı 15,69 mlrd. dollarla (+0,3%) Sinqapur, ardınca 14,08 mlrd. dollarla (+10,9%) Banqkok, 12,03 mlrd. dollarla (+4,9%) Paris, 11,28 mlrd. dollarla (+3,7%) Tokio, 9,91 mlrd. dollarla (+6,9%) Taipey, 9,38 mlrd. dollarla (+1,8%) Seul və 8,9 mlrd. dollarla (+6,9%) Barselona tutub. 
 
Aktual.az
Xəbər 837 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR