"Tula qədər ağlı olmayan birisi dövlət başçısını təhqir edib Ukraynanı bizə misal göstərir ki..."


"Xarici ölkələrlə əlaqələri olan insanlarımıza şübhə ilə yanaşmaq cinayətdir"

BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Moderator.az -ın suallarını cavablandırıb.
 
Aktual.az müsahibəni təqdim edir:
 
- Qüdrət bəy, internet tv-lər, sosial şəbəkələr üzərindən dindarlarımızın irançı adlandırılmasına münasibətinizi bilmək istərdik.
 

Səviyyəsiz adamlar belə açıqlamalarla çıxış edə bilər. Bizim dindarların çoxu özlərini İran ayətullahlarından daha savadlı, daha istedadlı hesab edir. İrandakı müqəddəs yerlərin ziyarəti, İran dindarları ilə əlaqələr irançı olmaq demək deyil. Kim Qərb ölkələri ilə sıx təmasdadırsa ona qərbçi, kim Rusiya ilə işləyirsə ona rus,  kim Türkiyə ilə işləyirsə ona Türkiyənin agenti deyilməsi kökündən yanlışdır. Bu kimi fikirlər insanlarımızda özünə və dövlətimizə inamı sarsıtmaq üçün xarici kəşfiyatların tapşırığı ilə yayılır. Nə etməliyik? Sərhədlərimizi SSRİ, Şimali Koreya kimi bağlayıb özümüzə qapanmalıyıq? Xarici ölkələrlə əlaqələri olan insanlarımıza şübhə ilə yanaşmaq cinayətdir. Belə şəxslərin təmasda olduqları xarici ölkələrin xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb olunmaq ehtimalı var. Amma belə ehtimal xarici dövlətlərlə heç bir əlaqəsi olmayan insanlar üçün də mövcuddur. Xarici ölkələrlə elmi, siyasi, iqtisadi, humanitar əlaqələr dövlətimizin, mədəniyyətimizin təbliğinə, inkişafımıza, sülhə və əmin-amanlığa xidmət edir. Xainlərin tapılıb ifşa olunması üçün isə dövlətin təhlükəsiklik xidməti var. Son günlər İrana bağlı şəbəkənin ifşa olunması göstərdi ki, nəinki DTX, Əks Kəşfiyyat Xidməti, hətta DİN də nüfuz agentlərinin müəyyənləşdirilib ifşa olunmasında uğurla iştirak edir.
 
- Bəlli qrup tərəfindən iqtidarın Rusiya yönümlü siyasət yürütməsi və Qərblə inteqrasiyadan yayınması ciddi tənqid olunur. Sizin fikriniz necədir?
 

- İlk öncə onu qeyd edim ki, sizin "bəlli qrup" dediyiniz, mənim isə "fit"çilər adlandırdığım həmin "adamlar" sahiblərinin fit çalması ilə hərəkətə gətirilir. Çox təəssüf ki, onlar tənqiddən daha çox ağır təhqirlərə yol verirlər. Çünki onların gələcəklə bağlı heç bir siyasi iddiaları və perspektivləri yoxdur. Sığındıqları ölkələrdən, ermənipərəst dairələrdən və daxildəki satqınlardan pul alıb söyüş söyüb tapşırıq yerinə yetirirlər. Məsələn, dünən Tula qədər ağlı olmayan birisi dövlət başçısını təhqir edib Ukraynanı bizə misal göstərir ki, Ukrayna bəzi Qərb ölkələrinin malik olmadığı silahlara sahibdir. Bu ağlın və tərbiyənin sahiblərinə nə deyəsən? Ölkəmiz üçün təhlükəsiz nədirsə, dövlətin ərazi bütövlüyünü təmin etmək üçün kiminlə və hansı səviyyədə əməkdaşlıq sərfəlidirsə xarici siyasətdə onu edirik. Bu gün Avropa İttifaqının 9 dövləti ilə strateji əməkdaşlığa, Türkiyə və Rusiya ilə müttəfiqlik münasibətlərinə, Aİ ilə energetika sahəsində strateji əməkaşlığa dair müqaviləmiz var. İranla gərginlik isə qonşumuzun bizə münasibətdə yürütdüyü düşmənçilik siyasətindən qaynaqlanır.
 
Bununla yanaşı hesab edirik ki, ölkə daxilində, xüsusilə, iqtisadi və hüquqi islahatlar dərinləşdirilməlidir.

Xəbər 1585 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR