"Türkiyənin TRT1 telekanalının yayımı üçün Azərbaycanın yerli kanalları kimi eyni statusda "Teleradio” İstehsalat Birliyi ilə müqavilə bağlanmalıdır. Bu, bir maliyyə məsələsidir"
Bunu APA-ya açıqlamasında Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirib.
N. Məhərrəmli qeyd edib ki, belə bir müqavilənin bağlanması gözlənilir. Onun sözlərinə görə, bu müqavilənin bağlanması ilə bağlı hər hansı problem yoxdur.
Aktual.az Xəbər 429 dəfə oxunub.