TRT Bakı Təmsilçiliyi ənənəsinə sadiq qalaraq 20 Yanvar faciəsinin 26-cı ildönümünü TRT kanalları vasitəsilə xəbər, proqram və klip şəklində dünyaya çatdıracaq.
Aktual.az Axşam.az-a istinadən xəbər verir ki, daxil olan məlumata görə, AzTV-nin texniki dəstəyi ilə 20 Yanvar hüzn gününü Şəhidlər Xiyabanından canlı yayımlayacaq.
Efirdə o gecənin şahidləri ilə yanaşı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, İqtisad Universiteti Türk Dünyası İşlətmə Fakültəsi Beynəlxalq əlaqələr kafedrasinin müəllimi Nazim Cəfərsoy və TRT Bakı Təmsilçiliyinin müxbiri Səlim Toprak iştirak edəcəklər.
“TRT Avaz” 20 Yanvar ümumxalq hüzün gününü bütün Azərbaycan kanalları kimi anım günü olaraq qeyd edəcək. Eləcə də “TRT Haber” və “TRT Türk” kanallarında da müxtəlif proqramlar Ümumxalq Hüzn gününə həsr olunacaq.