TÜRKPA: Türkiyədə seçkilər şəffaf və demokratik keçdi

TÜRKPA: Türkiyədə seçkilər şəffaf və demokratik keçdi

Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Seçki Müşahidə Missiyası Türkiyədə prezident seçkilərinin şəffaf və demokratik şəraitdə yüksək iştirakla keçdiyini açıqlayıb.
Aktual.az  xəbər verir ki, bu barədə "TRT Haber” məlumat yayıb.
Məlumatda qeyd edilir ki, seçkilərlə bağlı müşahidələrini və ilkin qiymətləndirmə hesabatını Azərbaycan Milli Məclisinin deputatı və missiya rəhbəri Əhliman Əmiraslanov, Azərbaycan Milli Məclisinin deputatı Anar Məmmədov və Qazaxıstan Parlament Assambleyasının deputatı Samat Musabayev Ankarada keçirdikləri mətbuat konfransında ictimaiyyətlə bölüşüblər.
Ə.Əmiraslanov müşahidə proqramı çərçivəsində Ali Seçki Şurasının (YSK) sədri Əhməd Yenerlə görüşdüklərini deyib:
"Seçki beynəlxalq seçki standartlarına uyğun, şəffaf, demokratik şəraitdə, yüksək iştirakla keçirilib”.
Qeyd edək ki, missiya fəaliyyətini Ankara və Konyada həyata keçirib.
Xəbər 205 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR