Rusiya və ABŞ prezidentləri arasında görüş 15 avqust yerli vaxtla saat 11:30-da (Bakı vaxtı ilə 23:30) Ankoricdə başlayacaq.
Aktual.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov deyib.
Onun sözlərinə görə, danışıqlar Alyaskadakı Elmendorf-Richardson Hərbi Hava Qüvvələri bazasında baş tutacaq.
Tərəflər əvvəlcə üzbəüz, sonra isə nümayəndə heyətləri ilə görüşəcək.
Xəbər 141 dəfə oxunub.