Trampın varidatı açıqlandı – 10 milyarddan artıq

Trampın varidatı açıqlandı   – 10 milyarddan artıq

ABŞ biznesmeni, Respublikaçılar partiyasından prezidentliyə yeganə namizəd Donald Trampın varidatı açıqlanıb. 

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, Trampın varidatı barədə məlumatı onun seçkiöncəsi kampaniyası ilə məşğul olan qərargah yayıb. Məlumata görə, Trampın var-dövləti ötən ilə nisbətən artaraq 10 milyard dolları ötüb: “Trampın şəxsi maliyyə məlumatlarına əsasən, onun var-dövləti dividendlər, faizlər, qoyulan kapitaldan gələn gəlirlər, icarə haqları və lisenziya ödənişlərini nəzərə almasaq, 557 milyon dolları keçib. Trampın əmlakı ötən il iyulunda açıqlanan son məlumatlara nisbətən artıb. Hazırda Trampın var-dövləti 10 milyard dollardan artıqdır”.

Xəbər 457 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR