Trampın sülh planına Kiyevdən reaksiya

Trampın sülh planına Kiyevdən reaksiya

Ukrayna aydın başa düşür ki, Rusiya ilə müharibəyə son qoymaq üçün istənilən plan beynəlxalq hüquqa əsaslanmalıdır və dünya ədalətli olmalıdır.
Aktual.az  xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak ABŞ prezidentliyinə namizəd Donald Trampın müşavirlərinin Ukraynada müharibəyə son qoymaq üçün hazırladığı sülh planını şərh edərkən bildirib.
"Müharibə Rusiyanı məsuliyyətə cəlb etmədən bitə bilməz", - o vurğulayıb.
Onun sözlərinə görə, 28 aydır davam edən müharibənin hazırkı cəbhə xəttində dondurulması qəribə olardı, çünki Rusiya beynəlxalq hüququ pozub və Ukrayna ərazisində yerləşir:
"Ukraynanın tamamilə aydın mövqeyi var və bu, Prezident Zelenskinin təklif etdiyi sülh düsturunda açıq şəkildə ifadə olunub, sülhün yalnız ədalətli və beynəlxalq hüquqa əsaslana biləcəyini açıq şəkildə ifadə edir".
Qeyd edək ki, daha öncə Donald Trampın iki əsas müşaviri - Keyt Kelloq və Fred Fleyts noyabrda keçiriləcək prezident seçkilərində qalib gələcəyi təqdirdə Ukraynada müharibəyə son qoymaq planını ona təqdim ediblər. Sülh planı Ukraynanın yalnız sülh danışıqlarına girəcəyi təqdirdə daha çox Amerika silahı əldə edə biləcəyini nəzərdə tutur. Həmçinin Rusiyaya xəbərdarlıq da planın tərkib hissəsidir.
Xəbər 134 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR