Rusiya ilə Ukrayna arasındakı müharibənin həlli üçün hazırlanmış planda Donbasın icarəyə verilməsi mexanizmini təklif olunur.
Aktual.az xəbər verir ki, bu barədə Britaniyanın "Telegraf” qəzeti məlumat yayıb.
Məlumata görə, Rusiya Ukraynaya minerallarla zəngin olan bölgə üzərində nəzarət üçün maliyyə təzminatı ödəyəcək:
"Ödənişlərin məbləği açıqlanmır, lakin bu yanaşma Kiyevə ərazidən imtina halında milli referendum keçirmək üçün konstitusiya tələbini aşmağa imkan verəcək. Eyni zamanda, Donbas qanuni olaraq Ukraynanın bir hissəsi kimi qalacaq, baxmayaraq ki, faktiki olaraq Rusiya tərəfindən idarə olunacaq”.
Xəbər 84 dəfə oxunub.