Trampın Qrenlandiya iddiası – Kreml reaksiya verdi

Trampın Qrenlandiya iddiası – Kreml reaksiya verdi
  • DÜNYA

ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı iddiaları bəyanatlar səviyyəsində qalır, bu, ikitərəfli münasibətlərlə bağlı məsələdir, lakin Rusiya vəziyyətin inkişafını diqqətlə izləyir.
Aktual.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Bu cür iddialar, yəqin ki, daha çox ABŞ və Danimarka, eləcə də digər ölkələr arasında ikitərəfli münasibətlərə aiddir. Biz vəziyyətin dramatik inkişafını çox diqqətlə izləyirik, amma indiyə qədər, Allaha şükür, bəyanatlar səviyyəsində izləyirik”, - o bildirib.
Qeyd edək ki, Mar-a-Laqodakı malikanəsində jurnalistlərlə danışan Tramp Panama kanalı və Qrenlandiyanı "nəzarətə götürmək üçün” gücə və ya iqtisadi məcburiyyətə əl atmayacağına zəmanət verməkdən imtina edib.
Xəbər 76 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR