Trampın nüvə qərarı: ABŞ izahdan yayınır

Trampın nüvə qərarı: ABŞ izahdan yayınır

Amerika hələ də ABŞ Prezidenti Donald Trampın nüvə sınaqlarının bərpası ilə bağlı göstərişlərinə görə dəqiq izahat verməyib.
Aktual.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
"Hərtərəfli Nüvə Sınaqlarının Qadağan Edilməsi Müqaviləsinin qüvvəyə minməsi perspektivi hələ də yoxdur. Hamının bildiyi və etiraf etdiyi kimi, əsas səbəb ABŞ-ın bu müqaviləni heç vaxt ratifikasiya etməməsidir. 2025-ci ilin oktyabr ayında ABŞ prezidenti müdafiə nazirinə nüvə sınaqlarını bərpa etmək üçün ictimai sərəncam verdi. Bu günə qədər Amerika tərəfi nəyin nəzərdə tutulduğunu və bunun Vaşinqtonun tammiqyaslı nüvə partlayışlarına qoyulan moratoriumdan imtina etməsi ilə bağlı olub-olmadığına dair heç bir aydın izahat verməyib”, - o bildirib.
Xəbər 39 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR