ABŞ Prezidenti Donald Trampın yeni mövqe dəyişikliyi və Budapeşt sammitini ləğv etmək qərarı Rusiyaya danışıqları nəzərə almadan Ukraynadakı bütün hədəfləri vurmağa imkan verir.
Aktual.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev deyib.
"Lazımsız danışıqlardan narahat olmadan bütün "bandera zibillərini” müxtəlif silahlarla vurmaq olar. Tam olaraq mümkün olduğu yerdə qələbə qazanın. Ofis masasının arxasında deyil, yerində. Mənasız sövdələşmələr etməklə deyil, düşmənləri məhv etməklə”, - o bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə Budapeştdə planlaşdırılan görüşü ləğv etdiyini açıqlamışdı.
Xəbər 60 dəfə oxunub.