Trampın 15 qalmaqallı SİTATI

Trampın 15 qalmaqallı SİTATI
  • DÜNYA

Amerika Birləşmiş Ştatlarında (ABŞ) noyabrın 8-də keçiriləcək  prezident seçkiləri yaxınlaşdıqca namizədlər arasında rəqabət daha da kəskinləşir. Respublikaçılar partiyasında prezidentliyə namizəd Donald Tramp seçki kompaniyası zamanı bir sıra fikirləri ilə diqqəti özünə cəlb edə bilmişdir.

Aktual.az  modern.az-a istinadən Donald Trampın mübahisə yaradan fikirlərindən və sitatlarından bəziləri sizin diqqətinizə çatdırır:
 
1.
"Amerikada şübhəli şəxslərə müəyyən işgəncələr vermək olar və lazımdır".
 
2.
"Prezident olsam İŞİD-i bitirəcəm"
 
3. "Meksikadan Amerikaya oğrular və quldurlar gəlir. Bu ölkə ilə sərhəddə nəhəng divar hörəcəm".
 
4. "ABŞ-da yaşayan təxminən 11 milyon miqrant deportasiya edilməlidir".
 
5. "Putinlə dost olacam".
 
6. "Hər bir amerikalı evində silah saxlamaq hüququna malikdir".
 
7. "Çini yerində oturdacam".
 
8.
"Hazırda işsizlik statistikası səhv işləyir. İşsizlərin sayı 5,1% deyil, 42%-dir".
 
9. "Obamanın səhiyyə islahatları fəlakətdir".
 
10. "Səddam Hüseyn və Müəmmər Qəddafi yaxşı siyasətçilər idi. Onlar devrildikdən sonra dünya daha təhlükəli yer olub".
 
11. "ABŞ-a sığınan suriyalılar geri göndəriləcək"
 
12. "Müsəlmanlar ABŞ-a buraxılmamalıdır".
 
13. "NATO pul tələsidir. ABŞ NATO-ya başqa ölkələrdən daha çox pul yatırır".
 
14. "Abortu qeyri-qanuni etdirən qadınlara və əməliyyatı aparan həkimlərə cəza verilməlidir".
 
15. "Keçmiş İraq diktatoru Səddam Hüseyn pis adam idi amma Səddam Hüseynin yaxşı gördüyü bir iş vardı ki,o da terrorçuları öldürmək. Bunu çox yaxşı edirdi".

Xəbər 388 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR