Trampdan Londonun müsəlman meri ilə bağlı - Açıqlama

Trampdan Londonun müsəlman meri ilə bağlı   - Açıqlama

ABŞ prezidentliyinə Respublikaçılar partiyasından ən real namizəd Donald Tramp prezident seçiləcəyi təqdirdə müsəlmanlara ABŞ-a girişi qadağan etməklə bağlı təklifində bəzi istisnalara getməyə hazır olduğunu bildirib. 

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, Tramp İngiltərənin yeni müsəlman meri Sadiq Xan üçün belə bir istisnanı edə biləcəyini qeyd edib. 

Məlumata görə, Donald Tramp müsəlmanları ölkəyə buraxmayacağına dair sözlərindən imtina etməyib və bu kimi tədbirlərin milli təhlükəsizliyi təmin etmək üçün gərəkli olduğunu bildirib. Lakin o, Xanın seçilməsinə şad olduğunu da vurğulayıb. Trampın sözlərinə görə, əgər Xan yaxşı işləsə, onda bu, gözəl olacaq. “Hər zaman istisnalar olacaq”, - deyə Tramp müsəlmanların ölkəyə girişinin qadağan edilməsi ehtimalını şərh edərkən bildirib. 

Xatırladaq ki, tarixdə ilk dəfə Londonda müsəlman şəxs mer seçilib. Sadiq Xan Donald Trampın ABŞ prezidenti olacağı təqdirdə, dini etiqada görə bu ölkəyə səfər edə bilməyəcəyini qeyd edib.

Xəbər 465 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR