ABŞ prezidentliyinə namizəd Donald Tramp Türkiyədə baş tutan hərbi çevriliş cəhdindən danışıb.
Aktual.az azvision.az-a istinadən bildirir ki, Tramp prezident Rəcəb Tayyib Ərdoğanın çevrilişi yatırtmaq üçün atdığı addımı yüksək qiymətləndirib:
"Mən bu addımı yüksək dəyərləndirirəm. Bəzi insanlar deyirlər ki, çevriliş cəhdi Türkiyə hakimiyyətinin öz planıdır. Lakin mən belə düşünmürəm", - Tramp bildirib.
Qeyd edək ki, iyulun 15-də Türkiyədə hərbçilər tərəfindən dövlət çevrilişinə cəhd olunub. Hadisə nəticəsində 265 nəfər ölüb, 1500-dən çox adam yaralanıb.
Məlum hadisədən sonra bütün dünyanın diqqəti Türkiyəyə yönəlib.