ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd olan Donald Trampın müşavirləri onu Tvitter mikrobloqundan uzaqlaşdırıblar.
Aktual.az azvision.az-a istinadən xəbər verir ki, Tampın müşavirləri milyarderin sistematik olaraq mikrobloqunu siyasi rəqiblərinə qarşı istifadə etdiyinə görə müvəqqəti bağlayıblar.
KİV yazır ki, Tramp seçiciləri ilə "filtrdən keçirilməyən baxışları" bölüşdüyü üçün ara-sıra qalmaqallar yaşanıb.
Nəşrin məlumatına görə, Trampın Tvitter-də izləyicilərinin sayı 13 milyondan çoxdur.
Qeyd ədək ki, ABŞ-da prezident seçkiləri noyabr ayının 8-də keçiriləcək.
Aktual.az
Xəbər 339 dəfə oxunub.