Respublikaçılar partiyasından ABŞ prezidentliyə namizəd olan Donald Tramp daxili məsələlər üzrə müşaviri Rik Uaylini işdən qovub.
Bu barədə AzVision.az `Reuters`-ə istinadən xəbər verir.
Məlumata əsasən Uayli bu vəzifədə 6 həftə işləyib. Onun işdən çıxarılmasına səbəb isə Trampın seçkiqabağı kampaniyası üçün lazımı məlumatları toplamaması göstərilib.
Daha əvvəl isə Trampın Vaşinqtonda keçirilən ilkin seçkilərdə qalib gəldiyi bildirilib.