Tanınmış rusiyalı politoloq Sergey Markov ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla Rusiyanın hazırkı lideri Vladimir Putinin mümkün görüş yerini proqnozlaşdırmağa çalışıb.
Aktual.az Publika.az-a istinadla xəbər verir ki, o bu barədə, özünün Teleqram kanalında məlumat yayıb.
Markov Bakını bu danışıqlar üçün ən ideal yer hesab edir:
"Putin və Tramp harada görüşəcək? Artıq namizədlər var. Bir nömrəli namizəd Bakıdır. Məhz Bakı Rusiya Baş Qərargahı və ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin rəhbərlərinin daimi görüşlərinin keçirildiyi yer idi. Başqa sözlə, həqiqətən yaxşı sınaqdan keçmiş bir yer. Bu yaxınlarda Bakıda BMT-nin böyük iqlim sammiti keçirilib."
Xəbər 80 dəfə oxunub.