Tramp Tiktoka qayıtdı: Gənclər, mənə borclusunuz!

Tramp Tiktoka qayıtdı: Gənclər, mənə borclusunuz!
  • DÜNYA

ABŞ Prezidenti Donald Tramp və vitse-prezident Ceyms Di Vens 2024-cü il seçkilərindən sonra ilk dəfə Tiktokda yenidən aktiv olublar.
Aktual.az xəbər verir ki, Tramp paylaşdığı videoda deyib.
"Ey Tiktokdakı gənclər, mən Tiktoku xilas etdim, buna görə siz mənə borclusunuz! Bir gün sizlərdən biri də bu kabinetdə oturacaq və möhtəşəm işlər görəcək”, - o bildirib.
Vens isə qayıdışını bu sözlərlə elan edib:
"Son aylarda Tiktokdan uzaq qalaraq öz vəzifəmə fokuslandım. Buradan Ağ Evdən yenilikləri paylaşacağam!”
Qeyd edək ki, sentyabrın 25-də ABŞ Prezidenti Donald Tramp Tiktoka nəzarətin Amerika korporasiyalarına verilməsi haqqında sərəncam imzalayıb.
Tramp "Foks Nyus”a müsahibəsində milyarderlər Larri Ellison, Maykl Dell və Merdok ailəsinin sövdələşmədə iştirak etdiklərini demişdi.
Xəbər 44 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR