Keçmiş Amerika lideri, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Rusiya və Çini ABŞ-ın düşməni hesab etmədiyini bildirib.
Aktual.az xəbər verir ki, bu barədə o, blogger Farok Sarmadaya müsahibəsində deyib.
"Xarici qüvvələr var, onların arasında düşmənlər də mövcuddur. Siz onlara Rusiya, Çin və başqaları deyirsiniz. Düşməndirlər, bilmirəm? Düşünürəm ki, Çinlə və Rusiya ilə çox yaxşı anlaşacağıq”, - deyə o bildirib.
Tramp əlavə edib ki, seçkidə qalib gəlsə, Ukraynadakı münaqişəni hələ yanvarın 20-də baş tutacaq inauqurasiyadan əvvəl həll etmək niyyətindədir:
"Mən bunun prezident seçildiyim müddətdə baş verməsini istəyirəm, çünki bu münaqişə həll olunmalıdır”.
Xəbər 130 dəfə oxunub.