Tramp Putinə “başkəsən” deyən senatoru dövlət katibi edir

Tramp Putinə “başkəsən” deyən senatoru dövlət katibi edir
  • DÜNYA

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Florida ştatından senator Marko Rubionun Dövlət Departamentinin rəhbəri vəzifəsinə namizədliyini irəli sürmək niyyətində olduğunu açıqlayıb.
Aktual.az xəbər verir ki, bu barədə Trampın keçid komandası məlumat yayıb.
"Marko xalqımızın güclü müdafiəçisi, tərəfdaşlarımıza sadiq müttəfiq və heç vaxt düşmənlərimizə boyun əyməyən cəsur döyüşçü olacaq”, - bəyanatda deyilir.
Rubio özü də göstərilən etimada görə minnətdarlığını bildirərək təyinatını təsdiqləyib.
Qeyd edək ki, Rubio 2014 və 2022-ci illərdə Rusiyanı SWİFT sistemindən ayırmaqda israrlı olan senatorlar arasında olub. O, həmçinin Vladimir Putini "başkəsən” və "quldur” adlandırıb.
Rubio Kiyevə apreldə qəbul edilmiş 61 milyard dollarlıq hərbi yardım paketinin əleyhinə səs verən 15 respublikaçıdan biridir. Sentyabrda Ukraynadakı müharibənin gedişatını şərh edərkən qeyd edib ki, o, Rusiyanı dəstəkləmir, lakin hərbi əməliyyatların danışıqlarla yekunlaşacağını güman edir.
Rubio HƏMAS-ı terrorçu kimi tanıyır və İsrailin onları sonadək məhv etməsinin tərəfdarıdır. Rubio 2017-ci ildə Trampın Qüdsü İsrailin paytaxtı olaraq tanıması qərarını alqışlayıb.
O, üstəlik, İran, Şimali Koreya və Suriyaya qarşı sanksiyaların sərtləşdirilməsinin tərəfdarıdır.
Rubio erməni diasporu ilə "yaxşı əlaqələri” olan senator sayılır.
Xəbər 97 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR