Rusiya və ABŞ arasında sammiti Türkiyədə keçirməyə hazırıq.
Aktual.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Sülh vizyonunda Türkiyənin və ya İstanbulun əhəmiyyəti bir daha ortaya çıxdı. Biz istənilən vaxt Ukrayna ilə bağlı danışıqlar təşkil etməyə hazırıq. Budapeştdəki görüşün baş tutmaması təəssüf doğurur. İnanırıq ki, istənilən dialoq bu müharibənin bitməsinə kömək edəcək. Lap əvvəldən bunun üçün çalışmışıq və ədalətli sülhün mümkünlüyünü bəyan etmişik. Hər iki tərəflə yaxşı münasibətlərimiz var və hər iki tərəfin etimadını qazanmış bir ölkəyik. Bu bizə sülh yolunda üstünlük verir və bu vəziyyətdən bəşəriyyətin rifahı naminə istifadə etmək əzmindəyik”, - o bildirib.
Xəbər 75 dəfə oxunub.