Tramp pulunu kəsdi, Türkiyə isə hücuma hazırlaşır

Tramp pulunu kəsdi, Türkiyə isə hücuma hazırlaşır
  • DÜNYA

ABŞ Prezidenti Donald Trampın bu yaxınlarda digər ölkələrə xarici yardımı dayandırmaq əmri, görünür, Suriyadakı PKK terror təşkilatının maliyyələşdirilməsinin dayandırılmasına və onların xərclərinin ciddi şəkildə məhdudlaşdırılmasına səbəb olub.
Aktual.az xəbər verir ki, bu barədə "Türkiyə” qəzeti mənbələrə istinadla məlumat yayıb.
Qəzetin məlumatına görə, Trampın xarici yardım proqramına yenidən baxılması qərarı PKK/YPG-nin vəsaitlərini kəsib, onların nəqliyyat və qida xərclərini məhdudlaşdırıb və pul ödənişlərini böyük risk altına qoyub:
"PKK/YPG-nin maliyyə orqanları qərargahın saxlanması, nəqliyyat və yemək xərclərinə məhdudiyyətlər barədə xəbərdarlıq edib. Bundan əlavə, yanvar və fevral aylarının maaşları sonuncu ola bilər”.
Qəzetin mənbələri həmçinin PKK/YPG daxilində Türkiyənin Suriyanın şimalında – qruplaşmanın ildə 2 milyard dollar gəlir əldə etdiyi neft yataqları ərazisində hərbi əməliyyat keçirəcəyinə dair böyük qorxuların olduğunu bildirib.
Xəbər 122 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR