ABŞ Prezidenti Donald Tramp hələ də rusiyalı həmkarı Vladimir Putinə zəng etməyib, çünki ABŞ-ın yeni administrasiyası Ukrayna ilə bağlı Rusiyaya uyğun təklif hazırlamayıb.
Aktual.az xəbər verir ki, bu barədə Rusiyanın Beynəlxalq Humanitar və Siyasi Araşdırmalar İnstitutunun eksperti Vladimir Bruter "Ura.ru"ya müsahibəsində bildirib.
"Vaşinqton Moskvaya nə demək istədiyini bilmir. Təsadüfi deyil ki, Trampın Ukrayna ilə bağlı yeni planı bu yaxınlarda mətbuatda yer alıb. Köhnə plan artıq işləmir, çünki Rusiyanın bunu qəbul etməyəcəyi tamamilə aydındır”, - deyə politoloq bildirib.
Xəbər 80 dəfə oxunub.