Tramp Netanyahuya: Bu ən yaxşı günündür!

Tramp Netanyahuya: Bu ən yaxşı günündür!
  • DÜNYA

Ben Qurion hava limanında qırmızı xalça üzərində gəzərkən ABŞ Prezidenti Donald Tramp İsrail Prezidenti İshaq Hersoq və Baş nazir Benyamin Netanyahuya tarixi mesaj verib.
Aktual.az xəbər verir ki, bu barədə "Tayms of İsrail” məlumat yayıb.
"Bu, əla gündür. Bəlkə də sənin ən yaxşı günündür”, - Tramp Netanyahuya deyib.
Netanyahu cavabında bildirib: "Bu, tarixdir”.
İsrailin ABŞ-dakı səfiri Yexiel Layterin sözlərinə görə, Tramp hava limanında ona belə deyib:
"Bilirəm ki, oğlun sənə baxıb gülümsəyir. Bunu bilirsən, elə deyilmi?”
Qeyd edək ki, səfirin oğlu, ehtiyatda olan mayor Moşe Yedidiya Layter 2023-cü ildə Qəzza zolağındakı döyüşlərdə həlak olub.
Xəbər 44 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR