Tramp NATO-ya qarşı qəzəblidir, amma Hörmüz böhranı bir şeyi aydınlaşdırdı: ABŞ təkbaşına məqsədlərinə çata bilməz. Onun hələ də NATO-ya ehtiyacı var.
Aktual.az xəbər verir ki, bunu türkiyəli jurnalist Yəhya Bostan deyib.
"Əgər bu doğru olmasaydı, o, boğazda birdən çox ölkəni köməyə dəvət etməzdi. Taleyin ironiyası: NATO-nun əhəmiyyəti yalnız artır.
Deməli, o, həqiqətənmi "nə olursa olsun, NATO-dan gedirəm” deyir? O zaman Çinə uğurlar”, - jurnalist bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp açıqlamasında İrana qarşı müharibəyə qoşulmadığı üçün NATO-dan çıxmağı ciddi şəkildə düşündüyünü qeyd etmişdi.
Xəbər 45 dəfə oxunub.