Tramp İsrailin ən yaxşı dostudur - Netanyahu

Tramp İsrailin ən yaxşı dostudur - Netanyahu
  • DÜNYA

Siz artıq bəşəriyyət tarixinə yazılmısınız. Biz dostlarımızı xatırlayırıq və qalan girovlarımızın qaytarılmasında sizin mühüm və həlledici rolunuzu bilirik.
Aktual.az xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu Knessetdə çıxışı zamanı ABŞ Prezidenti Donald Trampa müraciətində deyib.
Netanyahu Qüdsü İsrailin paytaxtı kimi tanıdığına, ABŞ səfirliyini Qüdsə köçürdüyünə, İsrailin Qolan təpələri üzərindəki suverenliyini tanıdığına, BMT-də İsraili müdafiə etdiyinə, İordan çayının qərb sahilində İsrailin hüquqlarını tanıdığına, İbrahim razılaşmasına vasitəçilik etdiyinə, İranla nüvə sazişindən çıxdığına və İrana zərbələrinə görə Trampa təşəkkür edib:
"Donald Tramp Ağ Evdə İsrailin indiyə qədər malik olduğu ən yaxşı dostdur”.
Xəbər 40 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR