Tramp İranla bağlı gecikdi - Markov

Tramp İranla bağlı gecikdi - Markov
  • DÜNYA

Rusiyalı politoloq Sergey markov İrandakı son proseslərə münasibət bildirib.
Aktual.az xəbər verir ki, Markov İran hakimiyyətinin etirazları nəzarət altına aldığını və ABŞ-ın gecikdiyini iddia edib.
"1. Etirazlar əsasən yatırılıb. Görünür, minə yaxın ölü var.
2. ABŞ indi hücum etməyəcək: ordu mövqe tutmayıb və ABŞ daxilində kəşfiyyat orqanları Vaşinqtonun indiki zərbələrinin ayətullah rejimini yalnız gücləndirəcəyini düşünür.
3. Tramp etirazçıları üsyana çağırır, amma artıq çox gecdir. Etirazlar yatırıldı.
4. Qərb mediasında çox sayda yalan tirajlanır: "Röyters” ölənlərin sayının 2 min, NYT artıq 3 min olduğunu bildirib və CBS onların sayının 20 minə qədər ola biləcəyini yazıb. Trampı İrana qarşı kütləvi hücumlar başlatmağa sövq edən İsrail tərəfdarı mediadır.
5. İranın əsas dostları olan Çin və Rusiya izləyəcək: indi İranın başına nələr gələcək?”, - o qeyd edib.
Xəbər 37 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR