Tramp ilk dəfə Rodrigeslə danışdı

Tramp ilk dəfə Rodrigeslə danışdı
  • DÜNYA

ABŞ Prezidenti Donald Tramp Venesuela prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodrigeslə ilk telefon danışığını aparıb.
Aktual.az xəbər verir ki, bu barədə Rodriges özünün Teleqram kanalında məlumat yayıb.
Onun sözlərinə görə, telefon danışığı uzun, məhsuldar və nəzakətli keçib. Söhbət zamanı ikitərəfli əməkdaşlıq imkanları və ölkələr arasında hələ də həllini tapmayan məsələlər müzakirə olunub.
Daha sonra Donald Tramp da "Truth Social” hesabında paylaşım edərək Rodrigeslə çox yaxşı telefon danışığı apardığını bildirib.
ABŞ prezidenti qeyd edib ki, Vaşinqton Venesuelanın sabitləşməsi və bərpasına dəstək vermək istiqamətində böyük irəliləyişlər əldə edir.
Xəbər 42 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR