Tramp Əsədə söz verdi: "Prezident seçilsəm..."

Tramp Əsədə söz verdi:

Respublikaçılar Partiyasından ABŞ prezidenti postuna iddiaçı Donald Tramp qələbə qazanacağı halda Amerika qoşunlarını Suriya və İraqa göndərməyəcək.

Aktual.az publika.az-a istinadən bildirir ki, Tramp bu haqda MSNBC telekanalının efirində deyib.

Onun sözlərinə görə, Suriya prezidenti Bəşər Əsədlə deyil, "İslam dövləti" (İŞİD) terror qruplaşması ilə mübarizə aparmaq niyyətindədir.

Qeyd edək ki, Suriya və İraqda İŞİD-ə hava zərbələri endirən ABŞ eyni zamanda Bəşər Əsəd rejimini qeyri-legitim hesab edir. ABŞ Əsədin istefasında və onun iştirakı olmadan Suriyanın yeni hökumətinin formalaşdırılmasında təkid edir.

Xəbər 541 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR