Tramp dələduzluqda təqsirli bilindi

Tramp dələduzluqda təqsirli bilindi
  • DÜNYA

Nyu York Məhkəməsi müəyyən edib ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp böyük və gəlirli kreditlər əldə etmək üçün maliyyə hesabatlarında sərvətini şişirdərək saxtakarlıq etmiş ola bilər.
Aktual.az xəbər verir ki, bu barədə "Blumberq” məlumat yayıb.
Manhetten Dairə Məhkəməsinin hakimi Artur Enqorn Nyu York ştatının baş prokuroru Letisia Ceymsin Trampın özünə, övladları Donald Tramp Jr., İvanka və Erik Trampa, həmçinin "Trump Organization" biznes imperiyasının rəhbərliyinə qarşı qaldırdığı iş üzrə qərar qəbul edib.
Hakimin Amerika hüquq terminologiyasında summary judgement adlandırılan qərar Nyu York baş prokurorunun ilkin vəsatətini təmin edir və oktyabrın 2-də başlayacaq növbəti məhkəmə prosesində Trampın mühakimə olunmasına "yaşıl işıq" yandırır.
Xəbər 202 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR