ABŞ Prezidenti Donald Tramp Avropanı parçalamağa çalışır.
Aktual.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.
O, AB-ni ABŞ-la qarşıdurmaya hazırlaşmağa çağırıb:
"Güzəştlərə getmək və razılığa gəlməyə çalışmaq strategiyası işə yaramadı. Açıq-aşkar bir təcavüz aktı olduqda, düşünürəm ki, biz əyilməməli və ya razılığa gəlməyə çalışmamalıyıq. Düşünürəm ki, artıq bir neçə aydır ki, bu strategiyadan istifadə etməyə çalışırıq. Bu işləmir”.
Makron həmçinin Qrenlandiya məsələsini narahatedici əlamət adlandırıb və xəbərdarlıq edib ki, Vaşinqtonla münasibətlərdəki müvəqqəti sakitlik sabitlik demək deyil. O, proqnozlaşdırır ki, yaxın aylarda ABŞ Avropaya, xüsusən də rəqəmsal tənzimləmə sahəsində təzyiqi artıracaq.
Xəbər 74 dəfə oxunub.