Tramp amerikalıları vergidən azad edəcək

Tramp amerikalıları vergidən azad edəcək
  • DÜNYA

"Yoxsulları tamamilə vergidən azad etmək lazımdır"

ABŞ-da Respublikaçılar partiyasından prezidentliyinə namizəd Donald Tramp vergi islahatlarının bəzi detallarını açıqlayıb.

O bildirib ki, qalib olacağı təqdirdə amerikalıların müəyyən hissəsini vergilərdən azad edəcək.

Trampın planına əsasən, verginin azaldılması bir çox korporasiyalar üçün və zəif təminatlı vətəndaşlar üçün nəzərdə tutulub. O qeyd edib ki, yoxsulları tamamilə vergidən azad etmək lazımdır.

Bir müddət öncə milyarder Donald Tramp seçki kampaniyasına 1 milyard dollar xərcləməyə hazır olduğunu bəyan edib.

Keçirilən sorğulara əsasən, Donald Tramp respublikaçı namizədlər arasında liderdir. İndiyədək seçki kampaniyalarında səbəbkar olduğu qalmaqalların onun reytinqinə müsbət, yoxsa mənfi təsir etdiyi isə hələ də bilinmir. Donlad Tramp kampaniyalar zamanı cəmiyyət içində rəqiblərindən birini təhqir edib, teledebat işçiləri ilə mübahisə edib və Respublikaçılar partiyasının bir neçə üzvü ilə dalaşıb.(Ölkə.az)

Aktual.az

Xəbər 341 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR