ABŞ bəzi istiqamətlərdə Çinlə ticarəti dayandıra bilər.
Aktual.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.
"Mən hesab edirəm ki, Çin bilərəkdən bizim soyamızı almır və soya yetişdirən fermerlərimiz üçün çətinliklər yaradır. Bu, düşmənçilik xarakteri daşıyan iqtisadi hərəkətdir”, – Tramp qeyd edib.
Tramp əlavə edib ki, buna cavab olaraq ABŞ bitki yağı istehsalı və digər ticarət sahələrində Çinlə əməkdaşlığı dayandırmaq imkanını nəzərdən keçirir:
"Biz bitki yağını asanlıqla özümüz istehsal edə bilərik, onu Çindən almağa ehtiyac yoxdur”.
KİV-in məlumatına görə, Ağ Ev rəhbərinin bu bəyanatından sonra ABŞ fond bazarı 7 dəqiqə ərzində 450 milyard dollar itirib.
Xəbər 52 dəfə oxunub.