Xalq artisti Ağaxan Salmanlı əmək haqqının azaldılmasına münasibət bildirib.
Aktyor AzNews.az-a açıqlamasında bildirib ki, işləmək qabiliyyəti, potensial imkanları olan şəxslər işləməlidir:
"Lap gənc olsun, işləməyən və gələcək vəd etməyən şəxsləri kənarlaşdırmaq düzgün olardı. Bizim rəhbər vəzifələrdə 80 yaşını ötmüş insanlar hələ də işləyir, Tramp 70 yaşında prezident seçilir. Misallar çoxdur. Zeldinin 102 yaşı var idi, hələ də səhnədə idi. Atalar deyib: "Çörəyi ver çörəkçiyə, birini də üstəlik".. Deməyib ki, tut əlindən al, yarısını özün ye.”
Gənc Tamaşaçılar Teatrının bir qrup aktyorunun əmək haqqları azaldılıb. Teatr rəhbərliyi yaşı 70-i ötən bir neçə aktyoru tam ştat iş qrafikindən yarım ştat iş qarfikinə keçirib. Bu aktyorlar arasında Cənnət Səlimova, Ağaxan Salmanlı, Yasin Qarayev və Vaqif Ağayevin adı var.
Aktual.az
Xəbər 1106 dəfə oxunub.