Beynəlxalq Mətbuat Mərkəzində Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) təşkilatçılığı ilə “Yurdumuza yaz gəlir” adlı konfrans keçirilib. Tədbir Azərbaycan milli rəqsinin nümayişi ilə başlayıb.
Tədbirin təşkilatçısı DADP-nin içraçı katibi Mehriban Sadıqova çıxış edərək Novruz bayramının hər bir azərbaycanlı üçün əziz olduğunu bildirib. O deyib ki, bu bayram xalqımızın tarixi kökü ilə bağlı olduğundan adət-ənənələrimizlə zəngindir: “Novruz bayramı hər bir müsəlmanın ən əziz bayramıdır, qədim zamanlardan, ata-babalarmızdan, keçib gəlmiş müqəddəs bir bayramdır. Üquq verici haldır ki, 2009-cu il sentyabrın 30-da Novruz bayramı UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib. 2010-cu il fevralın 23-də BMT Baş Assambliyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i “Beynəlxalq Novruz günü” elan edilib.
Sonra Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Fatma Əliyeva söz alaraq tədbir iştirakçılarını, həmçinin xalqımızı bayram münasibəti ilə təbrik etdi və xoş arzularını çatdıraraq dedi: “Bizim torpaqlarımızın 20 faizi düşmən tapdağı altındadır. Biz işğal olunmuş ərazilərimizi heç zaman unutmamalıyıq. Mən sizi əmin edirəm ki, Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu daxili və xarici siyasəti sayəsində Bayram tonqallarımızı Qarabağımızda alovlandıracağıq. Bu gün Novruz bayramının dünyada tanınmasında Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük əməyi olub. İnanırıq ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanı daha uca zirvələrə yüksəldəcək”.
Tədbirdə DADP-nın sədri Fatma Əliyevaya İctimai Rəy Araşdırmalar Mərkəzi tərəfindən “Ən yaxşı siyasi rəhbər” mükafatı təqdim edilib. Partiya sədri bu nominasiyaya Azərbaycan həqiqətlərinin xarici ölkələrin aparıcı kütləvi infoprmasiya vasitələrindəki təbliğinə, həmçinin ictimai-siaysi fəaliyyətinə görə layiq görülüb.
Sonda partiyanın üzvü, şair İsmayıl Qaraoğluna “Qızıl qələm” mükafatı və Azərbaycan Jurnalistlər Birliyinin üzvülük vəsiqəsi təqdim edildi. Novruz bayramının presonajları olan Keçəl, Kosa və Bahar qızının ifasında maraqlı tamaşa nümayiş olunub.