Ötən həftə Avropa Liqasının 3-cü təsnifat mərhələsində "Rabotnichki" ilə matçdan öncə Makedoniyadan Türkiyəyə göndərilən Onur Kıvrak "Trabzonspor" rəhbərliyindən üzr istəyib.
Aktual.az qol.az-a istinadən bildirir ki, klubun idman direktoru Süleyman Hurmailə mübahisə etdiyi üçün heyətdən kənarlaşdırılan qapıçının bağışlandığı bildirilir.
Onurun Avroliqanın 3-cü təsnifat mərhələsində "Rabotnichki" ilə cavab matçına çıxıb-çıxmayacağı hələ ki məlum deyil.